Brüssel Qrenlandiyada fəaliyyətini genişləndirir

11.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Komissiyası (AK) hazırda üç dövlət qulluqçusundan ibarət olan Qrenlandiyadakı nümayəndəliyinin işçi heyətini artırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

Avropa rəsmilərinin portala verdiyi açıqlamaya əsasən, əlavə işçilər yerli rəhbərliyə 200 milyon avro dəyərindəki investisiya paketinin icrasında dəstək göstərmək məqsədilə göndərilir.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qrenlandiyaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirmişdi ki, Aİ adaya 200 milyon avroluq "tərəfdaşlıq paketi" təqdim edib. Bu vəsait xüsusilə peyk internetinin inkişafı, həmçinin Aİ ölkələrinə ixrac üçün mühüm əhəmiyyət kəsb edən qrafit və molibden kimi strateji mineralların hasilatı üçün nəzərdə tutulub.

O həmçinin əlavə edib ki, Avropa İttifaqı Danimarkaya məxsus olan və ABŞ-nin da iddialar irəli sürdüyü "Qrenlandiyanın ərazi bütövlüyünü və suverenliyini toxunulmaz hesab edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью