Brüssel səmasında PUA lar qeydə alınıb

13.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Brüsselin beynəlxalq hava limanının yaxınlığında, Zaventemdə iki gün ardıcıl olaraq pilotsuz uçuş aparatlarının (PUA) uçuşu müşahidə edilib.

Bakıvaxtı.az-ın "Belga"ya istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın hava hərəkətinin idarə edilməsi operatoru "Skeyes" məlumat yayıb.

Sentyabrın 12-də hava limanının fəaliyyəti pozulmayıb. Belə ki, hava hərəkəti dispetçeri dronu həm vizual olaraq, həm də rəqəmsal izləmə sistemləri vasitəsilə aşkar edib.

Qeyd olunub ki, sentyabrın 11-də axşam saatlarında dron barədə məlumat daxil olduqdan sonra hava limanında təyyarələrin enişi 25 dəqiqə müddətinə dayandırılıb, üç hava gəmisi isə digər hava limanlarına yönləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью