Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times” nəşrinin yazdığına görə, Aİ-də müzakirə edilən variantlar arasında Ukraynaya büdcədənkənar qrantlar şəklində hərbi dəstəyin göstərilməsi, G7-nin Kiyevə mövcud yardım sxemindən kreditlərin və Avropada dondurulmuş Rusiya aktivlərinin sonrakı istifadəsi var.
“Aİ səlahiyyətliləri 10-11 iyulda Romada Ukraynanın bərpası və Vaşinqtondan Kiyevə dəstəyin azaldılması ilə bağlı qarşıdan gələn konfransla əlaqədar təcili olaraq Ukraynanın büdcə kəsirinin maliyyələşdirilməsi variantlarını axtarır”, - qəzetdə dərc olunan materialda deyilir.
Kiyevlə danışıqlarda iştirak edən yüksək vəzifəli Aİ rəsmisi nəşrə bildirib ki, Avropa İttifaqında 2026-cı ildə Ukraynanın maliyyələşdirilməsi ilə bağlı narahatlıq artır.
Onun sözlərinə görə, 2025-ci ildə atəşkəs razılaşmasına ümid edən bir çox əsas tərəfdaşlar indi xərclərinə yenidən baxmaq məcburiyyətindədirlər və “istənilən halda maliyyə boşluğu ilə üzləşəcəklərini” başa düşürlər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Aİ səlahiyyətliləri 10-11 iyulda Romada Ukraynanın bərpası və Vaşinqtondan Kiyevə dəstəyin azaldılması ilə bağlı qarşıdan gələn konfransla əlaqədar təcili olaraq Ukraynanın büdcə kəsirinin maliyyələşdirilməsi variantlarını axtarır”, - qəzetdə dərc olunan materialda deyilir.