Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

17.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Brüssel, 17 avqust, AZƏRTAC

Brüsseldəki Avropa Tarixi Evində açılan “Postkolonial?” adlı müvəqqəti sərgi Avropanın müstəmləkəçilik irsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

AZƏRTAC xəbər verir ki, sərgi Avropanın özünü həqiqətən postkolonial cəmiyyət kimi təqdim edib-etməyəcəyini sual altına alır və keçmiş imperiyaların müasir siyasətə təsirini araşdırır.

Dörd bölmədən ibarət ekspozisiya müstəmləkəçiliyin yaranmasından imperiyaların süqutuna, eləcə də müstəqillikdən sonra davam edən iqtisadi asılılıq və bərabərsizliklərə qədər müxtəlif mərhələləri əhatə edir. Sərgidə 195 tarixi əşya və sənəd, 25 müasir sənət əsəri, həmçinin 8 şəxsi videohekayə nümayiş olunur.

Muzey rəhbərliyi xüsusilə vurğulayır ki, siyasi müstəqillik müstəmləkə idarəçiliyinin yaratdığı bərabərsizlikləri tam aradan qaldırmayıb.

Ekspozisiyada Belçikanın Konqodakı müstəmləkəçilik keçmişinə də xüsusi diqqət yetirilir və muzey daimi sərgisində bu tarixin kifayət qədər əks olunmadığını etiraf edir.

Girişi ödənişsiz olan sərgi 2027-ci il martın 14-dək ziyarətçilər üçün açıq olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью