Brüsseldə baş nazirin ofisinə silahlı basqın oldu KONKRET

06.01.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Brüsseldə bıçaqla silahlandığı iddia edilən şəxs Belçikanın baş naziri səlahiyyətlərini icra edən Aleksandr De Kroonun ofisinə girməyə cəhd edib.

KONKRET.az “Belqa” xəbər agentliyinə istinadən xəbər verir ki, silahlı şəxs saxlanılıb. Belçikanın Daxili İşlər Nazirliyinin   bəyanatında bildirilir: “Bıçaqla silahlanan şəxs hadisə yerində olanlara da hədə-qorxu gəlib. Amma polis gələnə qədər binanın mühafizəçiləri silahlı şəxsi zərərsizləşdirə bilib. Saxlanılan şəxsin hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью