Brüsseldə intellektual oyun axşamı keçirildi AZƏRTAC

02.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Brüssel, 2 dekabr, AZƏRTAC

Azərbaycanın Belçikadakı Səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,“Fireland” Belçika Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Brüsseldə “Ağsaqqal” intellektual oyun axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəl oyun haqqında məlumat verilib. Yaradıcı müəllif Günel Nəsibova bildirib ki, “Ağsaqqal” oyunu Azərbaycanın mədəniyyəti, tarixi və digər mühüm sahələrinə dair sualları əhatə edən intellektual stolüstü oyundur.

Tədbirdə Belçikada yaşayan azərbaycanlılar, həmçinin Belçika universitetlərində təhsil alan tələbələr iştirak ediblər. İştirakçılar oyun vasitəsilə Azərbaycan haqqında biliklərini sınayıblar və yeni məlumatlar əldə ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью