Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı Böyük Britaniyanı Çin avtomobillərinə tətbiq olunan tarifləri artırmağa çağırıb.
Doğru.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Qəzetin yazdığına görə, Brüssel Böyük Britaniyanın ticarət siyasətini Aİ-nin yanaşması ilə daha sıx uyğunlaşdırmasını istəyir.
Məlumata əsasən, məqsəd Çin istehsalı olan avtomobillərin “Avropada istehsal olunub” etiketi ilə bağlı mümkün ticarət maneələrindən yayınmasının qarşısını almaqdır.
Bundan əvvəl ABŞ administrasiyası 40-dan çox ölkəni Çindən idxal olunan məhsullara tətbiq edilən ABŞ tariflərindən yayınmaqda ittiham edib.
Çinin istehsal gücünün artması və ixrac siyasəti ilə bağlı narahatlıqlar da beynəlxalq gündəmdə qalır. Xarici İşlər Nazirliyinin açıqlamasında Çində həddindən artıq istehsalın yeni qlobal böhrana səbəb ola biləcəyi bildirilib.
DOĞRU.AZ