Brüsselin bəyanatları Gürcüstanda radikalizmi təşviq edir” XİN

27.04.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Brüsselin son açıqlamaları və atdığı addımlar Gürcüstan-Avropa İttifaqı (Aİ)  münasibətlərini sarsıdır və ölkədə radikalizmi təşviq edir”.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Aİ-nin bu ölkədəki səfiri Pavel Gerçinski Gürcüstanı "qaranlıq bir dövr gözləyir” açıqlamasından sonra XİN-ə çağırılıb.
"Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, addımları və açıqlamaları tərəflər arasında etimadı sarsıdır və Gürcüstan-Aİ tərəfdaşlığına zərər verir. Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər", - XİN-in bəyanatda deyilir.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью