Bryantın ayaqqabısı fantastik qiymətə HƏRRACA ÇIXARILDI FOTO

23.01.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Basketbolçu Kobe Bryantın geyindiyi idman ayaqqabısı fantastik qiymətə hərraca çıxarılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Sotheby's” məlumat yayıb.

Belə ki, Kobe Bryantın 12 aprel 2013-cü ildə Axilles vətərinin yırtılmasına baxmayaraq geyindiyi Nike Kobe 8 Elite "Lakers Home" idman ayaqqabısı Nyu Yorkda fevralın 7-də başlayacaq "Sotheby's The One" hərracına çıxarılacaq.

Ayaqqabının 600-800 min dollara satılması gözlənilir. 

Xatırladaq ki, ötən ilin iyul ayında Bryantın şkafı 2,9 milyon dollara satılıb.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью