Brzailiyalı futbolçu 25 milyon dollar cərimə oluna bilər SƏBƏB

16.01.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Braziliyalı futbolçu Bitello Rusiyanın "Dinamo" (Moskva) klubu ilə müqaviləni ləğv etdiyi üçün 25 milyon dollara qədər cərimələnə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Bunun oyunçunun müqaviləsində əksini tapdığı vurğulanıb. 25 yaşlı müdafiəçinin 6 ay yaşıl meydanlardan kənarlaşdırılacağı da gözlənilir.

Qeyd edək ki, Bitello cari mövsüm Rusiya Premyer Liqasında 15 matçda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sözləşməsi 2028-ci ilin yayınadək qüvvədə idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью