BŞİH bu işlərə 4 milyona yaxın pul xərcləyəcək

26.01.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satınalınmasına sərf olunacaq məbləğin həcmi məlum olub.

Axar.az xəbər verir ki, İqtisadiyyat.az bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.

Belə ki, BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyi bununla bağlı “VNM İnvest” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 3 milyon 850 min 275 manat olaraq müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью