BŞİH nin bu xidməti ləğv edildi Yeni şöbə yaradıldı

19.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, BŞİH-nin Mətbuat xidməti ləğv edilərək, əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb.

Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin edilib.

Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью