BSU bank əməkdaşları üçün inklüziv yanaşma üzrə peşəkar inkişaf təlimi keçirəcək

24.01.2026

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Yanvarın 24-də Bakı Slavyan Universiteti (BSU) ilə Bank Respublika arasında əməkdaşlıq çərçivəsində bank sektorunda inklüziv yanaşmaların təşviqi məqsədilə peşəkar inkişaf təlim proqramı təşkil olunacaq. “İnklüziv bankçılıq” mövzusuna həsr edilən təlim Bank Respublikanın əməkdaşları üçün nəzərdə tutulub.

Təlim proqramı iki modul üzrə həyata keçiriləcək:
  I modul: İnklüziv bank – müştəri mərkəzli yanaşma
 II modul: Müştəri xidmətində inklüzivlik: ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью