BSU beynəlxalq reytinqdə uğur qazanıb

02.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Slavyan Universiteti (BSU) ilk dəfə olaraq iştirak etdiyi “Round University Ranking” (RUR) 2025 beynəlxalq reytinq cədvəlində dünya üzrə 1098-ci, Azərbaycan universitetləri üzrə isə 6-cı sırada yer alıb.

Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Qeyd olunub ki, RUR reytinq sistemi universitetlərin fəaliyyətini 20 indikator və 4 əsas sahə üzrə qiymətləndirir: tədris(40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%).

BSU-nun bu uğuru “Clarivate Analytics” şirkətinin “Global İnstutional Profiles Project” platformasında və “Web of Science Core Collection” bazasındakı fəal bibliometrik göstəricilərinə əsaslanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью