BSU nun rektoru Anar Nağıyevin reytinqlə bağlı paylaşımı müzakirələrə səbəb OLDU | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin paylaşımı müzakirələrə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, o, paylaşımında Bakı Slavyan Universitetinin ilk dəfə olaraq beynəlxalq RUR (Round University Ratings) reytinq sıralamasında yer aldığını, təhsil müəssisəsinin tədrisin təşkili mexanizmi üzrə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşdığını vurğulayıb və həmkarlarını təbrik edib.
Ancaq paylaşıma əlavə etdiyi şəkildə göstəricilər fərqli olub.
Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rektor Anar Nağıyevin paylaşımını oxuyanlar yanlış anlayıblar: "Universitetin rəsmi sosial media hesablarında BSU-nun beynəlxalq reytinqdə uğur qazanması ilə əlaqədar məlumatlar paylaşılıb.
Bakı Slavyan Universiteti (BSU) ilk dəfə olaraq iştirak etdiyi "Round University Ranking" (RUR) 2025 beynəlxalq reytinq cədvəlində dünya üzrə 1098-ci və Azərbaycan universitetləri üzrə isə 6-cı sırada yer alıb.
RUR reytinq sistemi universitetlərin fəaliyyətini 20 indikator və dörd əsas sahə üzrə qiymətləndirir: tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlılığı (10%).
BSU-nun bu uğuru "Clarivate Analytics" şirkətinin "Global İnstutional Profiles Project" platformasında və "Web of Science Core Collection" bazasındakı fəal bibliometrik göstəricilərinə əsaslanır.
Tam oxu
Xəbəri oxu