BSU rektoru siyahı paylaşdı, yalanı ifşa oldu FOTO KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev sosial şəbəkə hesabında rəhbərlik etdiyi qurumun uğuru ilə bağlı təbliğat paylaşımı ilə gündəmə gəlib.
KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, Anar Nağıyev BSU-nun ilk dəfə olaraq RUR (Round University Ratings) reytinqi sıralamasında yer aldığını bildirib.
“Reytinqin ən mühüm komponenti olan tədrisin təşkili mexanizmi üzrə isə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşmışıq”, – rektor bildirib.
Rektorun elə özünün əlavə etdiyi skrində isə BSU-nun “dünya universitetləri sıralamasında 1098-ci, Azərbaycan universitetləri üzrə isə 6-cı” olduğu görünür.
Qeyd edək ki, Round University Ranking (RUR) — ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini aparan reytinq sistemidir.
Rusiya mərkəzli olan bu reytinq sistemi 2010-cu ildən fəaliyyət göstərir.
Round University Ranking dörd əsas göstərici qrupu – tədris, tədqiqat, beynəlmiləlləşmə, maliyyə dayanıqlığı üzrə universitetləri qiymətləndirir.
Tam oxu
Xəbəri oxu