BSU və Səmərqənd Dövlət Xarici Dillər İnstitutu anlaşma memorandumu imzalayıb

02.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Slavyan Universiteti (BSU) ilə Səmərqənd Dövlət Xarici Dillər İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Qeyd olunub ki, imzalanma Əndican şəhərində təşkil edilən I Özbəkistan Azərbaycan Ali Təhsil Müəssisələrinin Forumu çərçivəsində reallaşıb.

Bundan əlavə, BSU Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub. Sərgi zamanı universitet tərəfindən tərcümə olunan “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının özbək dilindəki nüsxəsi ziyarətçilərə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью