BTA nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse prezidentliyə namizəd olub

03.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Kiril Valçev ölkədə keçiriləcək prezident seçkilərində vitse-prezidentliyə namizəd olub.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 3-də Bolqarıstanın hazırkı vitse-prezidenti və prezidentliyə namizəd İliyana Yotova açıqlama verib.

Kiril Valçev oktyabrın 25-də keçiriləcək prezident seçkilərində İliyana Yotova ilə birlikdə seçkiyə qatılacaq. İ.Yotova namizədliyin təqdimatı zamanı Kiril Valçevin hüquqşünas, media nümayəndəsi və ictimai xadim kimi fəaliyyətini xüsusi qeyd edib. “Vitse-prezident ölkə qanunlarını dərindən bilməli və onlara hörmətlə yanaşmalı, Bolqarıstan dövlətinin necə fəaliyyət göstərdiyini bilməlidir”, – deyə İliyana Yotova bildirib.

O, Kiril Valçevlə uzun illər Bolqarıstanın milli kimliyinin qorunması, eləcə də xaricdə yaşayan bolqar icmaları ilə əlaqələrin inkişafı istiqamətində birgə çalışdıqlarını vurğulayıb. İ.Yotovanın sözlərinə görə, vitse-prezident həm ölkə daxilində, həm də xaricdə insanlarla ünsiyyət qurmağı və onlara yaxın olmağı bacarmalıdır.

“Kiril Valçev insanları ayırmağı deyil, bir araya gətirməyi bacardığını sübut edib”, – deyə prezidentliyə namizəd bildirib.

Kiril Valçev hazırda Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru vəzifəsini icra etməkdə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью