BTC ilə tranzit neftin nəqli 5%ə yaxın artıb

18.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 32 127,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 75,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 24 180,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,9% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5%-i və ya 19 704,9 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5%-i və ya 4 475,4 min tonunu (4,8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью