BTC Qazaxıstan üçün alternativ neft tədarükü marşrutu ola bilər | Icma.az
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Rusiyadakı infrastrukturuna PUA hücumundan sonra bütün mümkün neft ixrac variantlarını araşdırır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.
"Qazaxıstanın Energetika Nazirliyi hazırda hasilatçı şirkətlərlə birlikdə neft həcmlərinin yenidən bölüşdürülməsi üzərində işləyir.
Alternativ ixrac marşrutlarından istifadə gücləndirilib. Bütün mümkün nəqliyyat variantları araşdırılır və həyata keçirilir.
Logistika qəbul edən ölkələrin mövcud texniki imkanları əsasında çevik şəkildə tənzimlənir”, - nazirlikdən bildiriblər.
Noyabrın 29-da Ukrayna PUA-ları Xəzər Boru Kəməri Konsorsiumunun Krasnodar diyarındakı dəniz terminalında bir nöqtəli yanalmalardan birinə hücum edib.
Qazaxıstan beynəlxalq enerji təhlükəsizliyi infrastrukturunun bir hissəsi olan obyektlərə hücumların qəbuledilməz olduğunu bəyan edib.
Tam oxu
Xəbəri oxu