BTP: Taxılın qiyməti 80% arta bilər

05.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hörmüz boğazından keçən yük daşımalarına məhdudiyyətlər qüvvədə qalarsa, bəzi bölgələrdə taxılın qiyməti 80% arta bilər. 

Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Palatasının (BTK) baş katibi Con Denton açıqlama verib.

O, hesab edir ki, əsas problem mineral gübrələrin ənənəvi təchizat zəncirlərinin pozulmasıdır:

"Hörmüz boğazındakı vəziyyət qlobal gübrə ticarətinin təxminən 40%-nə təsir göstərib. Logistika marşrutlarının yenidən istiqamətləndirilməsindəki çətinliklər səbəbindən bazar təxminən 2,7 milyon ton itirib. Gübrə ehtiyaclarının 90%-ə qədərini idxal edən Filippin kimi ölkələr hazırkı vəziyyətdə ən həssas ölkələrdir".

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью