BTQ: Kolonizasiyadan əziyyət çəkən ərazilərin və xalqların sayının azalacağına ümid edirik

14.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupu dekolonizasiya sahəsində Reunionla (Saint-Denisin paytaxtı) əməkdaşlığa başlayacaq.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın 14 dekabr dekolonizasiya gününə həsr edilmiş 2024-cü il üzrə hesabatının təqdimatında "Report"un əməkdaşının sualını cavablandırarkən deyib.

O qeyd edib ki, dekolonizasiya sahəsində fəaliyyətin əhatə dairəsinin genişlənməsi həm yaxşı, həm də pisdir:

"BTQ-nin fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyimiz ərazilərin sayı 14-ə çatıb. Bu il Qəmər Adaları da əhatə dairəsinə qoşulub. Ümid edirik, kolonizasiyadan əziyyət çəkən ərazilərin və xalqların sayı azalacaq".

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью