BTQ nin icraçı direktoru: Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşl…
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin təşkilata qarşı səsləndirdiyi əsassız ittihamlara cavab olaraq bildirib.
"Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvar tarixlərində Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib.
Fransa rəsmiləri koloniyaların dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edir.
BTQ bu iddiaları qətiyyətlə rədd edir və pisləyir", - A.Abbasov deyib.
Onun sözlərinə görə, dövlət bayrağımızın Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir.
"Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir.
Tam oxu
Xəbəri oxu