BTS “Ən yaxşı kişi qrupu” seçildi

23.11.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

K-pop dünyasının ən nüfuzlu tədbirlərindən olan “MAMA Awards 2026” Yaponiyanın Osaka şəhərindəki “Kyocera Dome” arenasında keçirilib.

Kulis.az xəbər verir ki, iki gün davam edən tədbirin ilk gecəsində "BTS" karyerası ərzində səkkizinci dəfə “İlin sənətçisi” mükafatını qazanaraq tarixi rekordunu yeniləyib.

"BTS" həmçinin “Ən yaxşı kişi qrupu” seçilib (qrup dünya turunda olduğu üçün mərasimə video-müraciətlə qatılıb).

"ENHYPEN" “İlin pərəstişkar seçimi” daxil olmaqla üç nominasiyada qalib gəlib, "IVE" isə “Ən yaxşı qadın qrupu” mükafatına layiq görülüb.

Mərasimin aparıcılığını səkkizinci dəfə aktyor Pak Bo-Qum icra edib.

Gecədə "ENHYPEN" qrupu "Dune: 3-cü hissə" filminin atmosferini səhnəyə daşıyıb, "BIGBANG" isə Koreyanın məşhur animasiya personajı “Kiçik Dinozor Duli” ilə birgə çıxış edib.

Tədbirin rəhbəri Yun Şin-Hye K-pop sənayesinin davamlı inkişafı üçün təkcə böyük ulduzlara deyil, fərqli musiqi janrlarına, müstəqil eksperimentlərə və bəstəkarlardan xoreoqraflara qədər bütün yaradıcı heyətin əməyinə dəyər verilməsinin vacib olduğunu bildirib.

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu "Evdə tək" filmi ekranlara qayıdacaq - Təfərrüatlar Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью