BTS Qremmi ni boykot etdi

30.07.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyanın məşhur BTS qrupu bu il "Qremmi" mükafatına namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Qremmi"də Koreya, Yaponiya və Çin pop musiqisi üçün ayrıca "Ən yaxşı Asiya pop musiqisi ifası" nominasiyasının təsis edilməsi olub. Bu addım Asiya pop musiqisini əsas nominasiyalardan kənarda saxlamaq cəhdi kimi qiymətləndirib.

Qrup sosial şəbəkə hesabında bununla bağlı açıqlama yayıb:

"Bu il "Qremmi"də iştirak etməmək qərarına gəldik. Ümid edirik ki, musiqi regionundan və dilindən asılı olmayaraq olduğu kimi dinləniləcək və dəyərləndiriləcək. Bizi dəstəkləyən ARMY fanatlarına və hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, BTS "Qremmi" mükafatının əsas favoritlərindən biri hesab olunurdu. Qrup üzvləri daha əvvəl bu mükafatı qazanmağı karyeralarının ən böyük hədəflərindən biri adlandırmışdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью