“Bu, 10 cu olacaq, gəlin edək!” Tramp

16.04.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Livandakı münaqişə onun bitirdiyi 10-cu müharibə ola bilər.

Redaktor.az xəbər verir ki,bu barədə o, “TruthSocial” sosial media platformasında yazıb.

Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun 10 günlük atəşkəslə razılaşdıqlarını açıqlayıb.

Amerika lideri əlavə edib ki, o, administrasiyasına davamlı sülhə nail olmaq üçün iki ölkə ilə danışıqları davam etdirməyi tapşırıb.

“Dünyada doqquz müharibəni bitirmək mənim şərəfim olub və bu, 10-cu olacaq, gəlin bunu edək!”, - ABŞ lideri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью