Bu 3 bürc daim qorxu içində yaşayır

19.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi insanların qorxuları həyatlarının müxtəlif sahələrinə təsir edir. Astroloji inanclara görə isə müəyyən bürclərin özünəməxsus narahatlıqları var.

“Yeni Sabah” xəbər verir ki, astroloji yozumlarda Qoç, Oxatan və Balıqlar fərqli qorxuları ilə seçilən bürclər sırasında göstərilir.

Qoç Dominos pizza

Qoçlar qarşılarına məqsəd qoyduqda ona çatmaq üçün sonadək mübarizə aparırlar. Buna görə də onların əsas narahatlıqlarından biri uğursuzluq və qarşılarına qoyduqları hədəfə çata bilməmək hesab olunur.Onlar sərbəstliyinin məhdudlaşdırılmasını da sevmirlər. Xüsusilə nə etmək istədiklərini bilmədikləri və ya fikirlərini bölüşəcək insan tapmadıqları vəziyyət Qoçları narahat edə bilər.

Oxatan

Oxatanlar azadlıqlarına böyük əhəmiyyət verən insanlar kimi xarakterizə olunur. Onlar üçün ən çətin məsələlərdən biri istədikləri cavabı və ya axtardıqları şeyi tapa bilməməkdir. Bu bürcün nümayəndələri hisslərini hər kəsə göstərməyə meylli deyillər. Çətinliklərini çox vaxt özləri həll etməyə çalışırlar. Hadisələr onların nəzarətindən çıxanda isə özlərini narahat hiss edə bilərlər.

Balıqlar

Həssas və duyğusal xarakteri ilə tanınan Balıqlar üçün yaxın insanların münasibəti və dəstəyi önəmlidir. Onların ən böyük narahatlıqlarından biri hisslərini qarşı tərəfə çatdıra bilməməkdir. Tək qalmaq Balıqlar üçün asan olmaya bilər. Onlar daim ünsiyyətdə olmağa və ətraflarında güvəndikləri insanların olmasına ehtiyac duyurlar.

Astroloji yozumlara əsasən, Balıqların hündürlük və bəzi həşəratlardan çəkinə bildiyi də qeyd olunur. Qeyd edək ki, bu fikirlər astroloji inanclara əsaslanır və elmi fakt kimi qəbul edilmir.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью