Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qarderobdan söhbət gedəndə qara rəng haqlı olaraq ən effektli rəng hesab olunur. Lakin bu rəng hər kəsə uyğun gəlmir. Qara rəng xarici görünüşə status, zəriflik və ən əsası incəlik effekti bəxş etsə də, doğulduqları vaxta görə bu rəngdə geyinmək heç də hər kəsə tövsiyə olunmur.
Bizim.Media “cursorinfo.co.il”ə istinadla xəbər verir ki, astroloq Lyudmila Bulqakova qara rəng geyinməməli olan bürclərin adlarını sadalayıb:
Dolça
Zodiak dairəsinin ən yaradıcı bürcü olan Dolçalar öz ilhamlarını ətraf aləmdən, o cümlədən uzaq kosmosdan alırlar. Qara rəng isə onların Kainatın genişlikləri ilə təmasını bloklayır və bu, onların peşəkar kreativliyinə mənfi təsir göstərir.
Oxatan
Məlum olduğu kimi, Oxatanlar hər şeydən çox azadlığı və xüsusən də hərəkət azadlığını qiymətləndirirlər. Onları uzun müddət bir yerdə saxlamaq çox çətindir. Geyimdəki qara rəng bu bürcün nümayəndələrinin dünyanı gəzmək istəyini məhdudlaşdırır və onlara ciddi diskomfort yaradır.
Balıqlar
Zodiakın ən empati qurmağı bacaran bürcü olan Balıqlar ehtiyacı olan hər kəsə ürəkdən şərik olur, başqalarının göz yaşlarını tökməsi üçün bir növ "təsəlli nöqtəsi" rolunu oynayırlar. Lakin geyimdə qara rəng onları bu xüsusiyyətdən məhrum edərək laqeydləşdirir. Bu isə nəinki onların yaxınlarının, eləcə də özlərinin xoşuna gəlmir.
Bizim.Media