Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir

17.11.2024

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər siz tualetə tez-tez gedirsizsə, nəcisdə, unitazda qan görürsüzsə,bu bağırsağın hansısa sahəsində törəmənin böyüdüyünü göstərir.

Saglamolun.az bakupost.az-a istinadla xəbər verir ki, Britaniyanın Cancer Research UK təşkilatı yoğun bağırsaqda poliplərin xərçəngə çevrildiyini bildirib.

“Bağırsaq xərçəngində əgər erkən diaqnoz olunarsa, 10 xəstədən 9-u 5 ilə qədər yaşayır.

Törəmə adətən qalın bağırsağı tutur, bu ən iri borulu orqandır, adətən şiş əvvəlcə bədxassəli olmayan poliplərdən yaranır.

Xərçəngin artıq bağırsaqda ölçücə böyüdüyünü göstərən 3 əlamət:

- Defekasiya – tualetə getmənin dəyişməsi – tez-tez getmə, uzun müddət tualetdə qalmaq, ishal, duru nəcis

- Tualetdə qan – adətən tünd olur, qaraya çalır.

- Qarında ağrı, şişkinlik, diskomfort

Eləcə də kəskin çəki itkisi, iştahsızlıq, yuxuda ağrı hissi, yedikdən sonra ağrı, yorğunluq da şübhələndirməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью