Bu 3 faktor demensiyanı 13 il gecikdirir

09.08.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Orta yaşlarda siqaretdən imtina etmək, qan təzyiqini və şəkərin səviyyəsini normada saxlamaq demensiyanın yaranmasını ortalama 13 il ləngidə bilər.

“Qafqazinfo” xəbər verir ki, Nyu-York Universitetinin alimləri 12 mindən çox şəxsi 26 il boyunca müşahidə edərək bu qənaətə gəliblər.

Tədqiqatçılar xüsusilə yüksək təzyiqin beyin damarlarına ciddi zərər vurduğunu bildiriblər.

Mütəxəssislər yaddaş problemlərini gözləmədən, artıq 45 yaşından etibarən bu üç faktora nəzarət etməyi tövsiyə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью