Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Münasibətlərdə uzunmüddətli sükut hər zaman sakitlik əlaməti deyil. Bəzən bu, partnyoru cəzalandırmaq və idarə etmək üçün istifadə olunan passiv-aqressiv davranış forması ola bilər.
Medicina.az xəbər verir ki, mütəxəssislər xəbərdaredici əlamətlərə narazılıq zamanı günlərlə danışmamaq, "heç nə olmayıb" desə də soyuq davranmaq, problemi müzakirə etməkdən davamlı yayınmaq, ah çəkmək və göz çevirmək kimi sözsüz aqressiv jestlər, eləcə də ünsiyyətin nə vaxt bərpa olunacağına yalnız bir tərəfin qərar verməsi daxil olduğunu bildirirlər.
Psixoloqlar vurğulayırlar ki, bu davranışlar davamlı hal alarsa, münasibətdə gərginlik, emosional yorğunluq və etimadın zəifləməsinə səbəb ola bilər. Belə hallarda açıq ünsiyyət qurmaq, ehtiyac olduqda isə mütəxəssis dəstəyi almaq tövsiyə edilir.
Xanım,
Medicina.az