Bu abituriyentlər ixtisas seçimində əziyyət çəkəcəklər | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb.
Ərizə qəbulu prosesinin birinci mərhələsi 20 fevral – 5 mart 2025-ci il tarixlərində həyata keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali məktəblərə qəbulun I mərhələsi sayılan buraxılış imtahanları 2-9 mart tarixlərində keçiriləcək.
Ekspertləri fikrincə, bu il qəbul planında müəyyən dəyişikliklər ediləcək.
Plan yerlərinin sayının nisbətən artırılması nəzərdə tutulsa da, eyni zamanda rəqabətin daha da güclənəcəyi bildirilir.
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Murad bildirib ki, rəqabət həmişəki kimi 1-ci ixtisas qruplarındakı ixtisaslar arasında olacaq: “Burada xüsusilə informasiya sahəsi üzrə olan ixtisaslarda rəqabət gözlənilir.
Çünki dövrün tələbi olan ixtisaslar bunlardır. 2-ci ixtisas qrupu üzrə rəqabət maliyyə ixtisasları üzrə olacaq.
Tam oxu
Xəbəri oxu