Bu, ABŞ daxilində qeyrisabitliyə səbəb ola bilər

19.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

ABŞ administrasiyası bəyan edib ki, maliyyə çatışmazlığı səbəbindən hökumətin “bağlanması” ölkə daxilində qeyri-sabitliyə səbəb ola bilər.

Publika.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlamasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin respublikaçılara mart ayına qədər federal hökumət üçün maliyyə vəsaiti nəzərdə tutan müvəqqəti büdcə qanun layihəsini rədd etmə çağırışını tənqid edib.

Jean-Pierre federal hökumətin “bağlanması” vəziyyətində ölkədə həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, bütün fəaliyyətlərin dayandırılması lazım olduğunu və bu vəziyyətin qeyri-sabitliyə səbəb ola biləcəyini deyib.

Senator Bernie Sanders isə İlon Maskı hədəf alıb.

“Bu rüsvayçı xərcləmə qanun layihəsinə səs verən hər Nümayəndələr Palatasının və ya Senatın üzvü 2 il ərzində vəzifəsindən uzaqlaşdırılmağa layiqdir. Heç kim fikir vermədiyi halda qanun layihəsini parlamentdən keçirməyə çalışırlar”, - deyə senator vurğulayıb.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью