Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
İranın silahlı qüvvələri ölkəni müdafiə etmək məqsədilə daim yeni silahlar hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndəsi Hüseyn Möhebbi bildirib.
“Biz xalqı və ölkəni qorumaq üçün silahlı qüvvələrimizin döyüş hazırlığını daim artırırıq. Bu, İİKK-dən ABŞ xalqına bir mesajdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, sentyabrın 4-də ABŞ rəsmiləri bildiriblər ki, ABŞ ordusu çox yaxın vaxtlarda Fordo dağı altında yerləşdiyi iddia edilən İran nüvə obyektinə zərbə endirə bilər.