Bu, ABŞın təxribatıdır Zaxarova

25.12.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya ABŞ-ın Amerika vətəndaşlarını Belarusu tərk etməyə çağıran bəyanatlarını təxribat kimi dəyərləndirir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz ABŞ-ın bu son bəyanatını təxribat kimi səciyyələndiririk. Bu, Dövlət Departamentinin ilk belə bəyanatı deyil. Vaşinqton 2023-cü ilin avqustunda oxşar xəbərdarlıqlar edib. Bu, bir taktikadır. Onlar gərginliyi artırmaq, mühüm seçki prosesləri ərəfəsində təhdidlər yaratmaq üçün bu cür açıqlamalar verirlər”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью