Bu adada 15 il sağ qalmaq üçün mübarizə APARDILAR

08.08.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

1761-ci ildə “L’Utile” gəmisinin qəzaya uğraması nəticəsində ekipaj və göyərtədəki 60-a yaxın əsir Hind okeanında yerləşən Tromelin adasında ilişib qalıblar.

News24.az xəbər verir ki, iki ay sonra gəmi heyəti olan fransızlar bir ağacın belə olmadığı adada qoyaraq oranı tərk ediblər. Onlar əsirləri “yardım gətirəcəyik” deyə aldadaraq ölümə tərk ediblər. Yardım isə yalnız 15 il sonra gəlib.

O vaxta qədər aclıq, susuzluq və xəstəlik səbəbilə çoxu həyatını itirib. Xilas zamanı yalnız 7 qadın və adada doğulmuş bir körpə sağ qalıb.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью