Bu adada fövqəladə vəziyyət elan edildi KONKRET

15.02.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son həftələrdə Egey dənizində intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstan Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiu qərar imzalayıb.

Bildirilib ki, adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью