Bu adada güclü zəlzələ baş verdi

06.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Solomon dənizindəki Solomon adalarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Moskva vaxtı ilə saat 07:05-də qeydə alınan zəlzələnin episentri Solomon Adalarının paytaxtı Honiara şəhərindən 332 km cənub-şərqdə yerləşib. pizza hut

Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu, ocağının isə 38,5 kilometr dərinlikdə yerləşdiyini bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью