Bu adam əsirlikdə olmayıb RƏSMİ

19.05.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Globalinfo.az TikTok sosial şəbəkəsində özünü keçmiş əsir kimi qələmə verən Orucəli Abbasovdan (ad-soyad mübahisəlidir – red.) videomüsahibə alıb. Müsahibə zamanı həmin şəxs Birinci Qarabağ savaşında əsir düşdüyünü və 4 il sonra azad olunduğunu iddia edib.

Məsələ ilə bağlı Globalinfo.az Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına sorğu ünvanlayıb.

Qurum sözügedən şəxsin iddiasını təkzib edib:

“İddialar həqiqəti əks etdirmir. Belə bir adam əsir-girovluqda olmayıb”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью