“Bu adamları kassaya buraxmayın” Vətəndaşdan “Bravo”ya müraciət VİDEO

02.06.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakıda vətəndaşlardan biri “Bravo” marketlər şəbəkəsində ekspress kassalardan istifadə qaydaları ilə bağlı narazılığını bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə videomüraciət yayıb.

Vətəndaş bildirib ki, bəzi alıcılar ekspress kassaların təyinatına uyğun davranmır və bu da növbələrdə sıxlıq yaradır:

"Araba ilə çoxsaylı məhsul alanlar sonradan onları qucaqlarına yığıb bu kassalardan istifadə edirlər. Bu isə az məhsul alanların vaxt itkisinə səbəb olur. Xahiş edirəm, ekspress kassalarda məhsul sayı limiti qoyulsun. Məsələn, 4 ədəddən artıq məhsul olarsa, digər kassaya yönləndirilsin".

Lalə



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью