Bu adanın sakinləri Trampa “yox” dedi

29.01.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qrenlandiyalıların 85 faizi adalarının ABŞ-nin bir hissəsi olmasını istəmir.

News24.az xəbər verir ki, adada keçirilən ictimai rəy sorğusunun nəticələri bəlli olub.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya ABŞ-nin tərkibinə daxil olmalıdır. O, bunun milli təhlükəsizlik və “Çin və Rusiyaya qarşı müdafiə” üçün strateji əhəmiyyətini vurğulayıb. Amerika liderinin sözlərinə görə, Qrenlandiyanın demək olar ki, bütün sakinləri ABŞ-ın bir hissəsi olmaq istəyir.

Danimarkanın “Berlingske” qəzetinin sifarişi ilə Verian sorğu agentliyinin sorğusu göstərib ki, Qrenlandiyalıların yalnız 6%-i ABŞ-a qoşulmağı dəstəkləyir, 9%-i isə hələ qərar verməyib.

Qrenlandiya Danimarka Krallığının muxtar ərazisidir, krallığın tərkibindəki iki muxtar ərazinin ən böyüyüdür, digəri Farer adalarıdır.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью