Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır. Müəllif:Gülbəniz Hüseynli/Banco.az “Əgər Tramp vədinə uyğun olaraq iqlim dəyişikli
Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Rövşən Ağayev deyib.
O qeyd edib ki, hətta Tramp amili olmasa belə, dünyada ABŞ-siz alternativ enerjiyə sürətli keçid yaxın dövrdə bahalı neft erasını bitirəcək.
İqtisadçı düşünür ki, bu təşəbbüslərin Trampın cəhdləri ilə birləşməsi bazarlarda daha xaotik vəziyyət yarada bilər: “Respublikaçıların hakimiyyətdə olduğu bütün dövrlərdə enerji bazarlarında ucuzlaşmalar müşahidə olunub.
Demokratların hakimiyyətdə olduğu 1977-81-ci illərdə neftin qiyməti 12 dollardan 37 dollara qədər artıb.
Xüsusilə də 1978-81-ci illərdə yüksək qiymətlər müşahidə edilib.
Respublikaçıların hakimiyyətdə olduğu 1981-93-cü illərdə isə qiymətlər 37 dollardan 14 dollara qədər ucuzlaşıb.
1985-1989-cu illərdə qiymətlər davamlı olaraq aşağı səviyyədə qalıb və bu amil SSRİ-nin iqtisadi çöküşündə mühüm rol oynayıb.