Bu addım güclü dövlət vətəndaş birliyinin bariz nümunəsidir Deputat

19.12.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın müstəqil dövlət kimi formalaşması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun siyasi iradəsi nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını təşkil etmişdir. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir ".

Ölkə.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə Amnistiya aktının müzakirəsi zamanı deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizm prinsipidir: "Dövlət başçısının fəaliyyətinin mərkəzində insan amili, sosial ədalət, vətəndaş rifahı və mərhəmət dayanır. Bu yanaşma cinayət-hüquq siyasətində də öz əksini tapır və amnistiya aktları bu siyasətin bariz nümunəsidir  .

Məhz bu humanist dəyərlərə sadiqliyin nəticəsi olaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiyanın elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs suverenliyimizin tam bərpa olunması, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsi fonunda xüsusi əhəmiyyət daşıyır  .
Amnistiya aktının layihəsinə əsasən, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, müharibə nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər həssas kateqoriyalara aid şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilərlər  .

Bu təşəbbüs müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya kimi qiymətləndirilir. Gözlənilir ki, amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan minlərlə məhkum azadlığa buraxılacaq, digərlərinin isə cəzaları azaldılacaq və ya tamamilə ləğv olunacaqdır  .
Sonda qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, eyni zamanda cəmiyyətə inamın, bağışlamağın və yenidən cəmiyyətə inteqrasiyanın təzahürüdür. Bu addım güclü dövlət – humanist siyasət vətəndaş birliyinin bariz nümunəsidir".

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью