525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Konqo Demokratik Respublikasında, Şimali Kivu əyalətində Hərbi Məhkəmə 66 hərbçinin ölümü barədə hökm çıxarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar oktyabrın 20-də ölkənin qərbində qiyamçılara qarşı döyüşlərdə fərarilik etdiklərinə, komandanlığın əmrlərinə tabe olmadıqlarına və bir sıra intizamsızlıqlara görə ittiham ediliblər.
Ümumilikdə müttəhimlər kürsüsündə 71 hərbçi olub. 4 nəfər bəraət alıb. 1 nəfərə isə 10 illik həbs cəzası verilib.
Qeyd edək ki, bu, ilk belə qərar deyil. Bir müddət əvvəl məhkəmə tərəfindən daha 27 hərbçiyə ölüm hökmü çıxarılmışdı.
L.Tağıyeva