Bu ağcaqanadlar təhlükəlidir Xəstəlik yayırlar

04.10.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyada ilk dəfə olaraq, tropik xəstəliklər yaya bilən təhlükəli ağcaqanad növlərinin izlərinə rast gəlinib.
Milli.Az xəbər verir ki, Britaniya səhiyyə təhlükəsizliyi agentliyi (ukhsa) misir və pələng ağcaqanadlarına məxsus yumurtalar aşkarlayıb.

Məlumata əsasən, bu ağcaqanadlar denge, çikunqunya və zika kimi virus xəstəliklərini ötürmək qabiliyyətinə malikdir.

Misir ağcaqanadının yumurtaları Hitrou hava limanı yaxınlığında, pələng növünə aid yumurtalar isə M20 yolu üzərindəki xidmət zonasında tapılıb.

Mütəxəssislər bildiriblər ki, bu ağcaqanadlar hələlik ölkədə tam yayılmayıb. Lakin iqlim dəyişikliyi və yumşaq keçən qışlar gələcəkdə onların britaniyada məskunlaşması riskini artırır.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью