Bu agentlik 1,3 mln manatlıq tender elan etdi

20.03.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Turizm Agentliyi sosial media platformalarında reklam yerlərin alınması xidmətlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, tenderdə agentliyin Facebook, Google, İnstagram, Tik-Tok, Youtube, Twitter (X) kanalları üçün reklam yerlərinin alınması nəzərdə tutulur.

Tenderin ehtimal olunan qiyməti 1 milyon 363 min 318 manatdır.

Tenderdə iştirak haqqı isə 600 AZN-dir.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 29-dur. Zərflər də həmin gün açılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью