Bu agentlik yarım milyon manatlıq avtomobillər alır

29.11.2024

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Məlumata görə, satın alınacaq 14 ədəd sedan tipli xidməti minik avtomobili Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün nəzərdə tutulub. Avtomobillərin istehsal ilinin 2023-cü il olması isə əsas şərtlərdəndir.

Agentliyə avtomobilləri "TOYOTA ABSHERON MERKEZI" Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 567 000 manat ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью