Bu agentlikdə sədr müavinini AZCON təyin edəcək

06.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Prezident İlham Əliyev "Kosmik Agentliyin (Azərkosmos) yaradılması haqqında" 27 aprel 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Agentliyi idarə edən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) məxsus olacaq. Dördpendirli pizza

Bundan başqa, "Azərkosmos" əməyin ödənişi fondunu və işçilərin əməkhaqlarını (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) AZCON-la razılaşdıracaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью