Bu Agentliyin tərkibi təsdiqləndi

08.04.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Kollegiyanın sədri Dövlət Agentliyinin sədri, üzvləri isə onun I müavini və müavinləri, qurumun aparatının rəhbəri, Hüquq, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma, İstehlak bazarına nəzarət və təbii inhisarlara dövlət nəzarəti şöbələrinin müdirləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью