Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İldən ilə dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı artır.
1-ci tip şəkərli diabet anadangəlmə xəstəlikdir, lakin 2-ci tip şəkərli diabet insanın həyatı boyu inkişaf edə bilər.
2-ci tip şəkərli diabetin inkişafından heç kim sığortalanmayıb.
Şəkərli diabet çox ağır, müxtəlif ağırlaşmalar verən, insanın həyatını qısaldan xroniki xəstəlikdir.
Bu səbəbdən şəkərli diabetin profilaktikası hər birimiz üçün həyati vacibdir.
Alimlər araşdırmalar zamanı aşkar ediblər ki, darçın qanda şəkərin tənzimlənməsinə kömək edir.
Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkən insanlara hər səhər çay içəndə fincana 1 çimdik darçın əlavə etməyi tövsiyə edirlər.